Azərbaycanda bənzəri olmayan Google Ads Internship Programı
₼700 net maaşla öyrən, proqramı uğurla bitir və Junior Google Ads Specialist kimi ₼1000 net maaş + yüksək performans bonusu ilə karyerana davam et!
Bu proqram çərçivəsində 10 nəfərin seçilərək internship proqramına qəbul edilməsi planlaşdırılır.
Google Ads sahəsində peşəkar mütəxəssis olmaq, dünyanın ən tələb olunan peşələrindən birində karyera qurmaq və bütün bunları öyrənərkən maaş almaq istəyirsən?
O zaman bu proqram məhz sənin üçündür.
Bu proqramı fərqləndirən nədir?
₼700 net maaşlı internship (əksər internship proqramlarından fərqli olaraq ödənişlidir)
9 aylıq strukturlaşdırılmış inkişaf proqramı
Real reklam büdcələri və canlı layihələr üzərində praktiki təcrübə
Təcrübəli mentorlarla birbaşa çalışma imkanı
Proqramı uğurla bitirənlər üçün Junior Google Ads Specialist vəzifəsi, ₼1000 net maaş + yüksək performans bonusu
Azərbaycanda Google Ads üzrə peşəkar mütəxəssis yetişdirən şirkətlər çox azdır. Elə buna görə də bazarda bizim axtardığımız standartlarda mütəxəssis tapmaq olduqca çətindir.
Biz hazır mütəxəssis axtarmırıq — onları özümüz yetişdiririk.
Niyə Internship Proqramı?
Biz inanırıq ki, ən güclü komandalar hazır şəkildə tapılmır, yetişdirilir.
Bu proqramın məqsədi sadəcə təcrübə keçmək deyil. Məqsədimiz sıfırdan güclü nəzəri baza formalaşdırmaq, real layihələr üzərində praktiki bilik qazandırmaq və proqramı uğurla bitirən əməkdaşlarımızı uzunmüddətli karyeralarını bizim komandada qurmağa hazırlamaqdır.
Ötən illərdə də bu proqramı uğurla həyata keçirmişik və iştirakçılarımızın yarıdan çoxu proqramı uğurla bitirərək bu gün də komandamızın üzvü kimi fəaliyyətini davam etdirir.
Şirkətimizin sürətlə böyüməsi ilə əlaqədar bu il proqramı daha geniş miqyasda yenidən başladırıq və komandamıza gələcəyin Google Ads mütəxəssislərini yetişdirmək istəyirik.
Internship necə keçiriləcək?
Müddət: 9 ay
İnternship əməkhaqqı: ₼700 (net)
Proqram iki mərhələdən ibarətdir.
I Mərhələ — İlk 3 ay
Bu müddət sınaq dövrü olmaqla yanaşı, Google Ads və rəqəmsal marketinq üzrə güclü nəzəri baza qurmaq üçün nəzərdə tutulub.
Bu mərhələdə sən:
II Mərhələ — Sonrakı 6 ay
İlk mərhələni uğurla bitirən iştirakçılar artıq real reklam kampaniyalarının idarə olunmasına birbaşa məsul şəxs kimi qoşulacaq, yüksək büdcəli layihələr üzərində işləyəcək və öyrəndikləri nəzəri bilikləri praktikada tətbiq edərək peşəkar təcrübə qazanacaqlar.
Proqramı uğurla bitirdikdən sonra
İnternship proqramını uğurla tamamlayan əməkdaşlar komandamıza Junior Google Ads Specialist kimi qoşulacaqlar.
Başlanğıc əməkhaqqı
₼1000 net
Performansa əsaslanan çox rəqabətli və yüksək bonus sistemi.
Yəni gəlirin yalnız maaşla məhdudlaşmayacaq. Göstərdiyin nəticələr qazancına birbaşa təsir edəcək və karyera inkişafın üçün aydın yüksəliş planın olacaq.
Kimlər müraciət edə bilər?
Səni gözləyən imkanlar
İş qrafiki
Bazar ertəsi – Cümə axşamı
10:00 – 19:00
Cümə günü sərbəstdir.
İstəsən evdən, istəsən ofisdən işləyə bilərsən.
(Bəzi hallarda daxili qaydalara əsasən Cümə günü ofisdə olmaq tələb oluna bilər.)
Əlavə üstünlüklər
Bu sadəcə internship proqramı deyil.
Bu, sıfırdan başlayaraq Google Ads üzrə peşəkar mütəxəssis olmaq, real bizneslər və yüksək büdcəli layihələr üzərində çalışmaq, dünyanın ən tələb olunan sahələrindən birində uzunmüddətli və yüksək gəlirli karyera qurmaq üçün yaradılmış real fürsətdir.
Əgər öyrənməyə, öz üzərində işləməyə və böyük hədəflər uğrunda çalışmağa hazırsansa, biz səni komandamızda görməkdən məmnun olarıq.
İndi müraciət et və gələcəyinə yatırım etməyə başla
Aylıq esasinda
Bakı , Azerbaijan
Bakı , Azerbaijan