Rəqəmsal məhsulların yaradılması üzrə front-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq.
Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər və back end proqramçılar ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək
UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, böyüyə bilən, səhvə davamlı proqramlar yaratmaq
Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək
İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq
Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək
Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək
Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək
Tələblər
Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il təcrübə
Xarici dillər: İngilis dili (yaxşı)
Komputer bilikləri: HTML, CSS, Javascript üzrə biliklər, React yaxud digər müvafiq front-end library / framework biliyi, Typescript üzrə yaxşı biliyin olması. WEB dizayn, prinsip və standartları haqqında anlayış. Verilənlərin strukturu və alqoritm biliyi.
Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
Başqa tələblər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: Dizayn yönümlü kodlaşdırma, CI/CD üzrə biliklər, proqram təhlükəsizliyi, cüt proqramlaşdırma, testlər üzrə bilik.