Fiziki kanallar və əməliyyatlar sahəsinin back-end üzrə aparıcı proqramçısı
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Description:Görəcəyiniz işlər:Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.Bizim üçün uyğun namizəd:Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;Java8, Java EE, Spring Boot üzrə güclü təcrübəyə;Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;Agile Scrum metodologiyası barədə məlumatlılığa;Mikroservis arxitekturası üzrə biliklərə;PL/SQL biliklərinə;Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.