Azərbaycanda yeganə ixtisaslaşmış batareya servisi — Neuro Servis olaraq komandamıza batareya texniki və ya elektronika sahəsində təcrübəsi olan usta axtarırıq. Namizədin litium-ion batareyalar, elektronika təmiri, ölçü cihazları və texniki diaqnostika sahəsində anlayışlı olması üstünlükdür.

İş haqqında

Gündəlik iş prosesinə əsasən aşağıdakılar daxildir:

  • Litium-ion batareyaların yoxlanılması, təmiri və yığılması

  • 18650 / 21700 elementlərlə işləmə

  • BMS sistemlərinin qoşulması və yoxlanılması

  • Elektron cihazlarda nasazlıqların aşkarlanması

  • Multimetr, nöqtə qaynaq, lehimləmə alətləri və digər texniki avadanlıqlarla işləmə

  • Müştəri cihazlarının diaqnostikası və təmir prosesi

  • İş yerində təhlükəsizlik və səliqə qaydalarına riayət etmək

Namizədə tələblər

  • Batareya və / və ya elektronika sahəsində praktiki bilik

  • Əl bacarığının yaxşı olması

  • Məsuliyyətli, diqqətli və səliqəli işləmək

  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq

  • Komanda ilə işləmə bacarığı

  • Təcrübəli namizədlərə üstünlük verilir

  • Təcrübəsi az olan, amma öyrənməyə həvəsli namizədlər də dəyərləndirilə bilər

İş şəraiti

  • Həftədə 1 gün istirahət

  • Nahar şirkət tərəfindən qarşılanır

  • İstəyə görə əlavə iş saatı/overtime imkanı

  • Faiz/bonus sistemi mövcuddur

  • Bonus faizi ustanın təcrübəsinə və iş bacarığına əsasən müəyyən olunur

  • Rahat və inkişaf yönümlü texniki iş mühiti

  • Real praktiki təcrübə və peşəkar inkişaf imkanı

Ünvan: 28 May metrosu, ikinci çıxışla üzbəüz

Əmək haqqı və bonus sistemi namizədin təcrübəsinə, bacarığına və iş nəticəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq.

Maraqlanan namizədlər CV və ya qısa məlumatlarını göndərə bilərlər.
 

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

600 - 1,500 AZN

Aylıq esasinda

Məkan

Bakı, Mikayıl Rəfili küç., 9

İşə Baxış
Elan əlavə edildi:
22 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Mikayıl Rəfili küç., 9