Görülücək işlər:

  • Data mühəndisliyi komandası üzvlərinə mentorluq etmək, onların peşəkar inkişafını və performansını dəstəkləmək;
  • Komanda üzvlərinin təlim ehtiyaclarını müəyyən etmək, inkişaf tədbirlərini və bilik paylaşımı təşəbbüslərini təşkil etmək;
  • Data mühəndisliyi üzrə keyfiyyət standartlarına, best practice-lərə və daxili prosedurlara riayət olunmasını təmin etmək;
  • İşə qəbul proseslərində iştirak edərək güclü data mühəndisliyi komandasının formalaşdırılmasına dəstək vermək;
  • Məhsul sahibləri və digər funksional komandalarla əməkdaşlıq etmək, Data Engineering chapter-ının kompetensiyalarının inkişafına töhfə vermək;
  • Vendorlar və tərəfdaşlarla əməkdaşlıq etmək, yeni texnologiya və trendləri izləmək;
  • Agile komandada aktiv iştirak etmək və komandaların uğurlu çatdırılmasını dəstəkləmək;
  • Analitik məlumat bazalarının və data pipeline-ların qurulması, tətbiqi və dəstəklənməsi üzrə texniki istiqamət vermək;
  • Data proseslərinin testləşdirilməsi, monitorinqi və problemlərin operativ həllinə ekspert dəstəyi göstərmək;
  • Müasir və innovativ data mühəndisliyi texnologiyalarının tətbiqinə rəhbərlik etmək;
  • Data arxitekturasının optimallaşdırılması istiqamətində texniki həllər təqdim etməkdir.

Bizim üçün uyğun namizəd:

  • Data Engineering sahəsində minimum 7 il, o cümlədən texniki liderlik, mentorluq və ya people leadership üzrə təcrübə;
  • Kompüter elmləri, Riyaziyyat, Statistika, Data Science, Ekonometriya və ya Data Analitikası üzrə ali təhsilə;
  • Data arxitekturası və onun qurulması üzrə güclü biliklərə;
  • Analitik məlumat bazalarının dizaynı, qurulması və data modelləşdirilməsi üzrə yüksək səviyyəli biliklərə;
  • DWH və datamartların qurulması və saxlanılması üzrə təcrübə;
  • ETL/ELT proseslərinin qurulması və idarə olunması üzrə biliklərə;
  • Python və SQL proqramlaşdırma dilləri üzrə yüksək səviyyəli biliklərə;
  • Big Data texnologiyaları və müasir data platformaları üzrə biliklərə;
  • İngilis dili üzrə yüksək səviyyədə biliklərə;
  • Güclü kommunikasiya, təqdimat və stakeholder management bacarıqlara;
  • Agile mühitdə işləmə təcrübəsi və komandada effektiv əməkdaşlıq bacarığına;
  • Analitik düşüncə və problem həll etmə bacarığına;
  • Vaxtın düzgün idarə olunması və tapşırıqların prioritetləşdirilməsi bacarığına;
  • Dinamik iş mühitində işləmək və təşəbbüskarlıq göstərmək bacarığına;
  • Texniki və biznes komandaları ilə effektiv işləmək bacarığına;
  • Kouçinq və mentorluq bacarıqlarına sahib olan şəxsdir.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı , Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
3 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı , Azerbaijan