Görəcəyiniz işlər: Bankdaxili data sahibləri ilə kommunikasiya quraraq onlarla birlikdə data sahəsində olan problemlərin aşkarlaması, onların həlli üçün biznes və texniki tələblərinin formalaşdırılması və komandaya səsləndirilməsi; Datanın idarə edilməsi üzrə görüləcək işlərin siyahısının (backlog-un) formalaşdırılması və onun icrasının təmin edilməsi, uğurlu nəticə meyarlarının müəyyən edilməsi; Datanın idarə edilməsi proseslərinin daim təkmilləşdirilməsinin təmin edilməsi; Data sahəsi daxilindəki müxtəlif data ekspertləri ilə birgə datanın idarə edilməsi üzrə təcrübələrin ən uyğun texnoloji həllərinin tətbiqi əsasında qurulmasının təmin edilməsi; Data sahəsində görülən işlərin gedişatını izləmək imkanını verən hesabatların və dashboard-ların hazırlanması; Bankın digər texnoloji yönümlü ilə zəruri kommunikasiyanın qurulması və yarana biləcək problemlərin həlli üçün addımların atılması; Agile iş prinsiplərinə uyğun olaraq, komandaya backlog-dakı işlərin çatdırılması, komanda ilə birgə işlərin icrasının planlaşdırılması, onların gedişatın izlənməsi və qiymətləndirilməsi.Bizim üçün uyğun namizəd: Bankda və ya fintech şirkətində minimum 3 il təcrübəyə; Bankın biznes prosesləri və məhsulları üzrə dərin biliklərə Layihələrin idarə edilməsi və ya komandanın idarə edilməsi üzrə təcrübəyə (arzuolunandır); “Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır); Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara; Komandada və fərdi şəkildə işləmək bacarığına; Güclü təhlil bacarıqlarına; Strateji və taktiki düşüncə qabiliyyətinə; İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə; Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.