Müştəri yönümlü və gəlir artırıcı təkliflərin hazırlanması üçün data əsaslı analizlərin aparılması və biznesə actionable insight-ların təqdim edilməsi;
Məhsul və xidmət portfelinin optimallaşdırılması üçün analitik modellər və seqmentasiya yanaşmalarının tətbiqi;
Biznes halların (Business Case) hazırlanması: gəlir, xərc, risk və ROI analizlərinin aparılması;
Marketinq kampaniyalarının (upsell, cross-sell, retention) planlanması, kampaniyaları idarə edilməsi platforması üzərindən real zaman senarilərin qurulması və performansının ölçülməsi;
Kampaniyaların ROI, müştəri davranışı, istifadə və gəlir göstəriciləri üzrə monitorinqi və hesabatların hazırlanması üçün Bi və Reportinq komandası ilə sıx əməkdaşlıq;
Müştəri 360° baxışının formalaşdırılması və inkişaf etdirilməsi (seqmentasiya, davranış analizi);
Məlumatların təmizlənməsi, transformasiyası və analiz üçün uyğun formata salınması;
Məlumat keyfiyyətinin (data quality) təmin edilməsi üçün Datanın İdarə edilməsi komandası ilə sıx əməkdaşlıq;
Mövcud sistem və proseslərdə təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqinə dəstək;
Məlumat bazası ilə bağlı layihələrdə iştirak və texniki/analitik tələblərin verilməsi;
Biznes və texniki komandalar arasında kommunikasiya körpüsü rolunun icrası;
Tələblər
Təhsil:
İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil.
Tələb olunan iş təcrübəsi (il):
Data analitika, biznes analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi;
CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır.
Tələb olunan bilik, bacarıqlar
Biznes data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə bilməli;
Tələb olunan kompüter proqramları üzrə biliklər (1C, keeper və s.):
Yüksək Excel bilikləri;
SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər;
Tableau \ Data Vizuallaşdırılması;
Kampaniyaların idarəedilməsi platforması üzrə təcrübə (EVAM) arzuolunandır.