Creative Manager — kreativ strukturda əsas idarəedici mövqedir və kreativ həllərin hazırlanmasının operativ idarə olunmasına və komandanın supervayzinqinə cavabdehdir.

Vəzifə birbaşa Creative Director-a tabedir və kreativ tapşırıqların sistemli, sürətli və keyfiyyətli icrasını təmin edir.

  • Creative Director — strategiya və vision üçün cavabdehdir.
  • Creative Manager — execution və proses üçün cavabdehdir.


+ ' ' +


  • Kreativ sahədə 5+ il təcrübə (agentlik və ya böyük brend);
  • Eyni anda bir neçə layihəni idarə etmə təcrübəsi;
  • Production proseslərinin anlayışı (design, motion, digital);
  • Komanda idarəetməsi və ya kross-funksional idarəetmə təcrübəsi;
  • Sistemli düşüncə və inkişaf etmiş vizual zövq;
  • Dinamik mühitdə qərarvermə bacarığı.
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Proses quruculuğu və strukturlaşdırma bacarığı.

KPI

  • Kreativ tapşırıqların vaxtında icrası;
  • Creative Director-un operativ yükünün azalması;
  • Komandanın stabil və yüksək keyfiyyətli output-u;
  • İterasiyaların və daxili konfliktlərin azalması;
  • Daxili sifarişçilərin məmnuniyyət səviyyəsinin artması.


+ ' ' +
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Rəqabətli əməkhaqqı və bonus sistemi;
  • Geniş sığorta təminatı;
  • Dəstəkləyici və pozitiv iş mühiti;
  • Visa Premium əməkhaqqı kartı;
  • Korporativ endirimlər və tədbirlər;
  • Əlavə məzuniyyət günləri;
  • Endirimli təhsil imkanları və əməkdaş kreditləri;
  • Port Baku Tower 2-də yerləşən yeni və komfortlu studio ofis;
  • Xarici həmkarlarla zəngin təcrübə mübadiləsi imkanı yaradan multicultural mühit.


+ ' ' +

Daxil olan briflərin qəbulu və ilkin analizi;

De-brief sessiyalarının keçirilməsi və tapşırıqların səviyyələndirilməsi (A/B/C);

Resursların düzgün bölüşdürülməsi və prioritetləşdirmə;

Tapşırıqların vaxtında icrasına nəzarət;

Orta və yüksək səviyyəli kreativ konseptlərin hazırlanması;

Strateji kampaniyaların hazırlanmasında Creative Director ilə birgə iştirak;

Kreativ istiqamətin və təqdimat məntiqinin formalaşdırılması;

Təqdimatların hazırlanması və ideyaların daxili stakeholder-lərə təqdim edilməsi;

Dizayner və kopirayterlərin işinə supervayzinq və müntəzəm geribildirim;

Brend standartlarının qorunmasının təmin edilməsi;

PMM, Digital, CVM, SMM komandaları ilə sinxron iş;

Komanda yükünün balanslaşdırılması və təcili/xaotik tapşırıqların minimallaşdırılması;

SLA-lara nəzarət və proseslərin optimizasiyası;

Capacity planning prosesində iştirak;

Bölmələrarası əməkdaşlığın effektivliyinin artırılması.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Yarı ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan