Şirkətin büdcələmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərində iştirak edəcək, maliyyə göstəricilərinin təhlili və maliyyə modellərinin hazırlanması vasitəsilə strateji qərarların qəbuluna dəstək göstərəcək Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə peşəkar mütəxəssis axtarırıq.

+ ' ' +
  • Büdcələmə, maliyyə modelləşdirilməsi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə ali təhsil;
  • ACCA (MA, PM), FMVA, CIMA Management Accounting, büdcələmə və maliyyə modelləşdirilməsi üzrə digər beynəlxalq sertifikatlar üstünlükdür;
  • Analitik düşünmə, məlumatların təhlili, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • SQL, BI alətləri və ya Python üzrə biliklər üstünlükdür;
  • İngilis dili üzrə yazılı və şifahi Upper-Intermediate səviyyəsi (rus dili üstünlükdür);
  • MS Office proqramları, xüsusilə Excel və PowerPoint üzrə yüksək səviyyədə işləmə bacarığı;
  • Komanda ilə effektiv işləmək və yüksək iş tempində fəaliyyət göstərmək bacarığı.
+ ' ' +
  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
+ ' ' +
  • Şirkət üzrə illik büdcə prosesinin hazırlanmasında iştirak etmək, struktur bölmələr üzrə büdcə modellərinin hazırlanmasını və təkmilləşdirilməsini dəstəkləmək.
  • Şirkətin maliyyə planlaşdırılması və strateji qərarlarının dəstəklənməsi məqsədilə müxtəlif maliyyə modellərinin (feasibility, business planning, investment analysis və s.) hazırlanmasında iştirak etmək.
  • Aylıq və rüblük maliyyə proqnozlarının hazırlanması, nəticələrin təhlili və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək.
  • Maliyyə göstəricilərini (gəlirlər, xərclər, pul axınları və s.) təhlil edərək sapmaları, tendensiyaları və potensial riskləri müəyyən etmək və məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.
  • Büdcə və faktiki göstəricilər üzrə mütəmadi variance analysis aparmaq və istifadə olunan maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək.
  • Büdcə və planlaşdırma prosesləri çərçivəsində müxtəlif struktur bölmələrdən məlumatların toplanmasını koordinasiya etmək və məlumatların vaxtında təqdim olunmasını təmin etmək.
  • Büdcələmə metodologiyalarının, hesabat strukturlarının və maliyyə modellərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək. 
  • Planlaşdırma prosesində istifadə olunan əsas maliyyə fərziyyələrinin, ssenarilərin və performans göstəricilərinin sistemli şəkildə idarə olunmasını təmin etmək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər vəzifələri icra etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),

İşə Baxış
Elan əlavə edildi:
10 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),