Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi (Data analitika üzrə) vakansiyası - İş elanları 2026
at
Xalq Bank
Yarı ştat
Elanın bitmə vaxtı
4 həftə sonra
TəsvirBank xidmət və məhsullar üzrə performans metriklərinin (ROI, istifadə göstəriciləri və s.) izlənilməsi və dövri analitik hesabatların hazırlanması;Bazar, müştəri və digər data əsasında məhsulun təkmilləşdirilməsi üzrə analitik təkliflərin hazırlanması və biznes-case-lərin formalaşdırılması;Alternativ xidmət kanallarının (terminal şəbəkəsi, məsafədən və rəqəmsal bankçılıq xidmətləri) səmərəliliyinin analitik təhlili;Bank fəaliyyətinin müxtəlif sahələrinə dair analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;Bankın əməliyyat tariflərində nəzərdə tutulan dəyişikliklərin iqtisadi təhlili və nəticələrin hesabatlı şəkildə təqdim olunması.TələblərMagistr təhsili;Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;Hesabatlılıq və təqdimat bacarıqları;MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı, Oracle SQL üzrə baza bilikləri;Tableau və ya Power BI üzrə data vizuallaşdırma bacarıqları;Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.