Sazmoto (CFMOTO Azerbaijan) komandamıza təcrübəli və məsuliyyətli Baş Mühasib axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək

  • Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi

  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması

  • Gəlir və xərclərin nəzarəti, maliyyə intizamının təmin edilməsi

  • Bank əməliyyatlarının və ödənişlərin idarə olunması

  • Mühasibat komandası və gündəlik əməliyyatlara nəzarət

  • Vergi və mühasibat qanunvericiliyində dəyişikliklərin izlənməsi və tətbiqi

Tələblər:

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil

  • Baş mühasib və ya oxşar vəzifədə minimum 3–5 il iş təcrübəsi

  • Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək

  • 1C və Excel proqramlarında sərbəst işləmək bacarığı

  • Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür

  • Analitik düşünmə və yüksək məsuliyyətlilik

  • Komanda idarəetmə bacarığı

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı

  • Stabil və inkişaf edən şirkətdə iş

  • Peşəkar inkişaf və karyera imkanları

Maaş

2500 AZN

Aylıq esasinda

Məkan

Bakı

İşə Baxış
Elan əlavə edildi:
2 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı