Azərbaycanın logistika və cargo daşımaları sahəsində aparıcı şirkətlərindən biri Baş Əməliyyat Direktoru (COO) vəzifəsi üzrə vakansiya elan edir.
Sahə: Cargo Logistika
Baş Əməliyyat Direktoru (COO)
Vəzifə Öhdəlikləri
- Şirkətin ucdan-uca (First, Middle və Last Mile) beynəlxalq loqistik fəaliyyətini idarə etmək, xidmət səviyyəsini (SLA) və tranzit vaxtlarını optimallaşdırmaq;
- Logistika zəncirinin maliyyə səmərəliliyini təmin etmək, əməliyyat P&L-ini, OPEX/CAPEX büdcələrini və vahid iqtisadiyyatını (Unit Economics) idarə etmək;
- Yeni beynəlxalq logistik koridorların açılması, regional şəbəkə və infrastrukturun (Hub-and-Spoke) sıfırdan qurulması layihələrinə rəhbərlik etmək;
- Bütün daşıma xətləri üzrə gömrük rəsmiləşdirilməsi proseslərini, broker münasibətlərini və hüquqi uyğunluq (Compliance) mexanizmlərini tənzimləmək;
- Xarici və yerli anbarların operativ işini idarə etmək, anbardaxili avtomatlaşdırma (DWS, OCR və s.) və Standart Əməliyyat Prosedurlarını (SOP) tətbiq etmək;
- Son mil (Last Mile) və kuryer əməliyyatlarını, bağlama təhvil məntəqələri (PUDO) şəbəkəsini idarə etmək, müştəri məmnuniyyəti (NPS) göstəricilərini yüksəltmək;
- Hava/quru yolu daşıyıcıları və texnoloji vendorlarla strateji əməkdaşlıqlar qurmaq, müqavilə və SLA şərtlərini idarə etmək;
- Texnoloji məhsul komandası ilə birgə işləyərək əməliyyat tələblərini texniki spesifikasiyalara çevirmək, WMS, TMS və izləmə sistemlərinin tətbiqini təmin etmək;
- İlk/Orta/Son mil, gömrük və anbar funksiyaları üzrə komandaları formalaşdırmaq, işə qəbul, idarəetmə və performans mədəniyyətini qurmaq.
Tələblər:
· Ali təhsil (Logistika, Nəqliyyat, Biznesin idarə olunması, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
· Logistika, cargo, daşıma və ya təchizat zənciri sahəsində minimum 3 il iş təcrübəsi;
· Beynəlxalq və yerli yükdaşımaları, anbar əməliyyatları və gömrük prosedurları üzrə biliklər;
· Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək (rus dili üstünlükdür);
· MS Office proqramlarını yüksək səviyyədə bilməli,
· Büdcələmə, maliyyə planlaması və xərc idarəetməsi üzrə biliklər;
· Komanda idarəetməsi və liderlik bacarıqları;
· Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
· Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
· Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və strateji düşüncə.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- İş saatı: (09:00-18:00 / 10:00-19:00)
- İstirahət günü: Şənbə,Bazar
- Əmək haqqı: 3000-4000 azn
- İş yeri: Nərimanov rayon, Aşıq Molla cümə küçəsi
Qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Baş Əməliyyat Direktoru (COO)” qeyd etməklə Hr@hucap.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.