- Bank haqqında Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq. - Rol haqqında“Kapital Bank” ASC namizədləri Satış kanalları departamentinin Birbaşa satış və xidmət şöbəsinin Yerində xidmət bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Ali təhsil; Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır); Microsoft Office proqramları üzrə biliklər; Müştərilərlə danışma və satış qabiliyyəti; Məsuliyyətlilik, dəqiqlik və operativlik; Təzyiq altında işləmə qabiliyyəti; Qərar qəbuletmə bacarığı; Kollektivdə işləmə bacarığı.- İşə qəbul prosesi Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir: ● CV yoxlanışı ● Müsahibə● Yekun müsahibə- Bizimlə işləməyin üstünlükləri ● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk. ● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin. Rəqabətli əmək haqqı və illik performans mükafatları, tibbi sığorta paketi Peşəkar inkişaf planları, təlimlər və karyera artımı üçün aydın imkanlar Multikultural və inklüziv iş mühiti, komanda dəstəyi Çevik iş formatı: məsafədən və ofisdən işləmə kombinasiyası Müasir və rahat ofis şəraiti, qeyri-rəsmi geyim azadlığı Müştəri ilə birbaşa ünsiyyət və sosial təsir yaratmaq imkanı Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili; Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılmsı; Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi; Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi; Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi; Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.