"Barattson” MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır. Barattson MMC “Xəzinədar operator” vəzifəsi üzrə vakansiya elan edir:Əsas vəzifə öhdəlikləri: Kassa və Bank əməliyyatları aparılması və 1 C-yə daxil edilməsi; Günün sonunda kassa pul qalığını gündəlik aparılmış əməliyyatlarla uzlaşdırmaq və hesabatı Baş mühasibə təqdim etmək.Əsas tələblər: Ali təhsil; Xəzinədar kimi iş təcrübəsi (ən azı 1 il); Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq bacarığı; Kompüter bacarıqları,MS Office programları xüsusilə Excel yaxşı bilmək; 1C proqramında işləmək bacarığı üstünlükdür. Şəxsi keyfiyyətlər: Müştərilərlə işləmək qabiliyyəti; Riyazi hesablama aparmaq qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Nağd pulla işləmək bacarığı; Çevik işləmək bacarığı. İş qrafiki: 6 iş günü (həftəiçi 11:00-19:00, 11:00-17:00)Əmək haqqı: 450-550 AZN Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Xəzinədar operator” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 15 iyul 2024-cü il.