Xərclər üzrə nəzarətçi mal sayımına nəzarət, təhlillər, proqnozlaşdırma, mal-material vəsaitlərinin hərəkəti, xərclərə nəzarət, hesabatlar, müqayisələr və layihələrin büdcələrinin planlaşdırılması, vəsaitlərinin giriş-çıxış statistikasının dövri hesabatlarının hazırlanması, reseptlərin hazırlanması və istehsal prosesinə nəzarət kimi fəaliyyətlərdən məsuldur.Namizədə tələblər: Müvafiq sahə üzrə 2-3 illik təcrübə mütləqdir; Maliyyə və biznesin idarəedilməsi üzrə ali təhsil üstünlükdür; Daxili audit və mühasibatlıq sahəsində təcrübəyə sahib olmaq üstünlükdür; Kompüter bilikləri: MC Office (xüsusilə Excel); ERP sistemləri; Analitik düşüncə qabiliyyəti; Ünsiyyətcil, işgüzar, çevik və məsuliyyətli olmaq. Komandada işləmək bacarığıƏsas məsuliyyətlər: Tətbiq olunan xərclərə nəzarət siyasətlərini, prosedurlarını, proseslərini, təlimatlarını, alətlərini və şablonlarını tətbiq etmək. Təsdiq edilmiş xərc smetalarına əsaslanaraq müvafiq layihə büdcələrinin işlənib hazırlanılmasını təmin etmək. Məqsədlərin və əsas fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək üçün xərc performansını real hədəflərlə müqayisə edərək yaxından izləmək. Riskləri və xərclərin azaldılması imkanlarını və qeyri-müəyyənlikləri müəyyən etməyə kömək etmək Yekun maliyyə sənədlərini və hesabatları hazırlamaqQeyd: İş saatı , əmək haqqı və daha ətraflı məlumat iş görüşməsində təcrübədən asılı olaraq təyin olunacaq.Namizədlərdən mövzu hissəsində vakansiya adını göstərməklə öz cv-lərini elektron poçt ünvanına göndərmələrini xahiş edirik.