Namizədə tələblər: Yaş: 28-40 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən yuxarı Cinsi: Xanım Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq Vəkil kimi ən az 3 il təcrübənin olması Hüquqi şəxslərlə işləmək bacarığı Analitik düşünmə və problemləri həll etmə bacarığı; Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti; Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli; Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili -arzuolunandır; E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı; Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti; Ünsiyyətqurma və komandada işləmək bacarığı; Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı; Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi. Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.İş barədə məlumat: Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi; Zərurət olduğu zaman şirkətin müvafiq dövlət orqanlarında və məhkəmələrdə təmsil edilməsi; Mülki, Mülki - prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq; Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək; Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq; Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;İş qrafiki: Hər həftə 2 dəfə olmaqla, iş saatı 9:00 – 19:00Qeyd: Xarici təhsili olan şəxslərə üstünlük veriləcək.Əmək haqqı: 1000 AZN Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!