Vəzifənin funksiyaları: Xarici maliyyə bazarlarında bağlanılmış əqdlər üzrə müxabirləşmələri Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə həyata keçirmək; Gündəlik avtomatik uçot prosesi xaricində qalan əqdlər üzrə müxabirləşmələri Mərkəzi Bankın portfel idarəetmə sistemində həyata keçirmək; Xarici valyutada olan maliyyə aktivlərinin gündəlik əsasda yenidən qiymətləndirməsini Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə həyata keçirmək; Valyuta ehtiyatlarının idarə edilməsi ilə bağlı daxili sistemlər/mühasibat hesabları arasında tutuşdurma (rekonsiliasiya) aparmaq və yaranmış fərqlərin aradan qaldırılması istiqamətində işlər aparmaq; Maliyyə idarəetməsi departamenti tərəfindən təqdim olunan maliyyə alətləri üzrə uçot sxemlərini Mərkəzi Bankın portfel idarəetmə sistemində tətbiq etmək; Yeni uçot sxemləri üzrə mühasibat yazılışlarının aparılması üçün Mərkəzi Bankın portfel idarəetmə sistemində balans, gəlir və xərc hesablarını açmaq; İnvestisiya mühasibatlığı ilə bağlı hesabatların əldə edilməsi və zərurət yarandıqda araşdırmaların aparılması məqsədilə kastodiana və xarici menecerlərə müraciət etmək; Mərkəzi Bankın portfel idarəetmə sisteminin mühasibatlığı/uçotu sferası ilə bağlı həll olunması zəruri olan məsələlər olduqda dəstəkləyici şirkətə müraciət etmək və onların həllində iştirak etmək; Departamentin rəhbərliyinin tapşırığına əsasən bölmənin fəaliyyət istiqaməti üzrə digər işləri icra etmək. Davranış kompetensiyaları Analitik təhlil etmə; Stressə davamlılıq; Təşəbbüskarlıq; Təkmilləşməyə meyllilik; Məsuliyyətlilik; Stressə davamlılıq; Ünsiyyətqurma bacarığı; Vaxtın idarəedilməsi. Texniki kompetensiyalar Riyazi statistika və riyazi modelləşdirmə; Makroiqtisadiyyat; Ekonometrika; Maliyyə sistemi, maliyyə bazarları və alətləri; Sabit gəlirli qiymətli kağızlar bazarı; İnvestisiya portfelinin idarə olunması; Risklərin idarə edilməsi; VBA Macros və ya Python və ya R.Təcrübə Maliyyə sektoru daxilində mühasibatlıq üzrə 2 ilTəhsil Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat)Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə)Kompüter bacarıqları MS Office proqramları (orta səviyyədə)Sertifikasiya Maliyyə-mühasibatlıq və ya müvafiq digər sertifkatlar arzuolunandır Son müraciət tarixi: 07.11.2024

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan