Təsvir: Məhsul sahibi və proqramçılarla birgə işləyərək müştəri tələblərinə, məhsulun mövzusuna və biznes tələblərinə uyğun UX və UI dizaynların yaradılması; Yaradılan dizaynların istifadəçi təcrübəsinin müasir metodlarla test edilməsi; Son dizayn trendlərinin tətbiqi və dizayn sisteminin inkişaf etdirilməsi; Rəqəmsal məhsulların interfeys dizaynının davamlı inkişaf etdirilməsi; Məhsul və xidmətlərin təhlilini aparmaq; İstifadəçilər arasında zəif nöqtələri və ehtiyacları aşkar etmək üçün araşdırmalar aparmaq. Tələblər: Ali təhsil; Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə; Portfolioya malik olmaq; Veb-saytlar və mobil tətbiqlərin dizaynı üzrə təcrübə; Qrafik redaktor və UI proqramlarla işləmə bacarığı (Photoshop / Illustrator / Figma və ya Adobe XD / Sketch); UX dizayn və konseptləri hazırlamaq üzrə təcrübə (Web, Mobile); Tipoqrafika və adaptiv dizayn üzrə biliklər; Yüksək vizual dizayn qabiliyyəti; Agile yanaşma üzrə ilkin biliklər; Yüksək ünsiyyətqurma qabiliyyəti komanda daxilində.