MONYO Texniki Komandaya Part-Time Əməkdaş Axtarır!
Vəzifə: Texniki əməkdaş (Part-Time)
İş modeli: Əsasən məsafədən, bəzən ofis və ya yerində texniki dəstək
Əmək haqqı: 400 – 700 AZN (təcrübə və bacarığa əsasən)
İş qrafiki:
▪️ Gündə 3–5 saatlıq çevik iş qrafiki
▪️ Zəng və tapşırıqlara çevik cavab
▪️ Həftəiçi və şənbə günləri aktivlik gözlənilir
Səndən gözləntilərimiz:
• Müştərilərdən gələn texniki sorğulara operativ cavab vermək
• Texniki problemləri məsafədən və ya yerində həll etmək
• Qurulum proseslərində iştirak və vaxtında yerinə yetirilməsini təmin etmək
• CRM və texniki tablo üzərindən məlumatların qeydiyyatını aparmaq
• Texniki xidmətlə bağlı görülən işlərin izlənməsi və hesabatlandırılması
Axtardığımız xüsusiyyətlər:
• Texniki sahədə (IT, elektronika, POS sistemləri və s.) bilik və təcrübə
• Məsuliyyətli və çevik iş yanaşması
• Texniki qurğular və proqram təminatı ilə işləmək bacarığı
• Komandada işləmə və müştəri ilə nəzakətli ünsiyyət bacarığı
📩 CV-ni [email protected] ünvanına göndər. Məktubun başlığında “Texniki əməkdaş (Part-Time)” qeyd etməyi unutma!