Görəcəyiniz işlər: Production-da olan müxtəlif servislərin 24/7 rejimində davamlı monitorinqi və idarə olunması; Front-End və Back-End code səviyyəsində analiz; Production mühitində baş verən problemlərin monitorinqi və müəyyən olunması, eyni zamanda 1-ci və 2-ci səviyyə infrastruktur və applikasiya problemlərin müəyyən olunması; Problemin səbəbinin dərin analizi və cloud/infrastruktur problemlərinin həlli üçün təkliflərin verilməsi; Product, R&D və Support komandaları ilə birlikdə işləyərək problemlərin üzə çıxarılması və həlli; Applikasiya və infrastruktur haqqında vacib məlumatları özündə saxlayan dashboard-ların qurulması və onlara nəzarət; Monitorinq dashboard-ları, problem analizi, üzə çıxan insidentlərin həlli, sənədləşdirmə və koordinasiyası; Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və prosedur və strategiyalara müvafiq olaraq problemlərin sürətli şəkildə report olunması; Testing texnologiyaları ilə işləmək ( Jmeter, K6, Postman və s.) Komandada işləmək bacarığı və motivasiyası.Bizim üçün uyğun namizəd: Monitorinq prinsipləri haqqında anlayış, applikasiya və infrastruktur monitorinqi alətlərindən istifadə təcrübəsi (Dynatrace, Firebase, Google analytics, Grafana, Prometheus və s.); Veb-texnologiyalarla bağlı anlayışlı (REST, cloud-based applikasiyalar); Logging və Management sistemləri ilə təcrübəli (ElasticSearch, Kibana və s.) ; Mikroservislər və Smartscape servis topologiyası haqqında baza anlayışları olan; Applikasiya performans problemlərinə analitik incələmə və texniki bacarığına sahib; Database sistemləri və SQL bilikləri olan; Ən azı bir proqramlaşdırma və ya scripting dili ilə bağlı təcrübəsi olan (Javaya üstünlük verilir); Frontend tərəfli (Javascript (React.JS)) Şəbəkə haqqında baza bilikli, HTTP, DNS, Load-balancers, şəbəkə təhlükəsizliyi və s; Yüksək ünsiyyət bacarıqlarına sahib; Git haqqında anlayışlı olan şəxsdir.