İşin təsviri:"Peşəkar" İnkişaf Mərkəzi (PİM) layihəsi çərçivəsində hal-hazırda peşə hazırlığı kursları təşkil olunur. Kurs müddətində insanların bilik və bacarıqları artır və sənət sahibi olurlar, həmçinin onlara işlə təminatda dəstək göstərilir.Eyni zamanda PİM-in fəaliyyəti iaşə obyektlərinə (restoran və kafelərə) işçi tapmaqda, təcrübəçiləri cəlb etməkdə və onların xərclərini qarşılamaqda dəstək olur.PİM iaşə obyektlərinə tədris tərəfdaşı olaraq ödənişsiz təcrübəçi cəlb etməkdə və təcrübəçilərə 345₼ təqaüd təmin etməklə, restoranların əməkhaqqı fonduna qənaət etməkdə dəstək olur.Eyni zamanda, PİM-in kurslarını bitirmiş, iaşə sahəsində mütəxəsislərdən ibarət (aşpaz, barmen, barista, qənnadçı və s) CV bankı mövcuddur. İaşə obyektlərinə əməkdaş lazım olanda, kadr.peshekar.org saytına daxil olaraq işçi tapmaq mümkündür. Eyni zamanda PİM-in işlə təminat şöbəsi uzaqdan recrutinq xidmətləri təqdim etməklə, restoranlara ödənişsiz olaraq vakansiya tələblərinə uyğun namizədlər tapmaqda dəstək olur.Bu iş çərçivəsində sizin hədəfiniz iaşə obyektləri ilə görüşlər keçirib, onlara PİM-in verdiyi faydalar barəsinə məlumat vermək, təlimatlandırmaqdır və tərəfdaşlıq haqqında məlumat verməkdir.Xidmətlər tamamilə ödənişsiz olduğundan, satış tipli görüşlər keçirməyə ehtiyac yoxdur, təlim tipli görüşlərin keçirilməsinə ehtiyac var.Vəzifə öhdəlikləri:Kafe, rəstoran və digər iaşə obyektlərinə baş çəkmək;Görüşdən əvvən məkanın çöldən şəkilini çəkib mobil tətbiqə əlavə etmək;Görüş zamanı:"Peşəkar" İnkişaf Mərkəzi barəsində qısa məlumat vermək;Ödənişsiz CV bankı (kadr.peshekar.org) barəsində məlumat vermək və istifadəsi üzrə təlimatlandırmaq;İaşə obyektinin mövcud vakansiyalar barəsində məlumat almaq və mobil tətbiqdə əlavə etmək;Ödənişsiz təcrübə proqramı barəsində məlumat vermək, mobil tətbiqdə qeyd etmək.Tələblər:• Azərbaycan və rus dillərində sərbəst danışmaq;• Təqdimat və təlimatlandırma təcrübəsinin və/və ya bacarıqların olması;• Məlumatlar ilə səliqəli işləmək, detallara fikir vermək;• Şəhəri yaxşı tanımaq vəya Google maps-dan orta səviyyədə istifadə edə bilmək.Qeyd: Aylıq 120 azn yol xərcləri və 20 azn kontur xərcləri, həmçinin forma, promo materiallar şirkət tərəfindən təmin edilir.