İnsan resursları departamenti / İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi / Təlim və tədrisin təşkili bölməsi - Mütəxəssis ƏSAS VƏZİFƏ FUNKSİYALARI: Təlim ehtiyaclarının müəyyən edilməsi, təhlil edilməsi və ehtiyaclara əsasən təlim proqramlarının tərtib olunmasında iştirak edir; Ehtiyaclara əsasən fərdi inkişaf planlarının formalaşdırılması və ilboyu planların icrasının təmin edilməsində iştirak edir; Daxili təlimçilərin yetişdirilməsi prosesində iştirak edir; Yeni təlim vendorlarının araşdırılması, vendorlarla əməkdaşlıqların qurulması prosesində iştirak edir; Mərkəzi Bankda təlimçi kimi fəaliyyət göstərir; Təlim kontentinin və konsepsiyasının hazırlanmasında iştirak edir Fəaliyyət sahəsinə uyğun istiqamətlərdə tədqiqat və təhlil aparır; Şöbənin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə analitik hesabatlar hazırlayır. Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir. TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR: Təcrübə - Öyrənmə və inkişaf üzrə 1 il iş təcrübəsi Təhsil - Ali təhsil tələb edilir Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (arzu olunandır) Kompüter bacarığları - MS Office proqramları, xüsusilə MS Power Point, Word, MS Excel,Outlook, MS Visio Texniki kompetensiyalar: Təhsilin təşkili və idarə edilməsi üzrə nəzəri və praktiki biliklər Qərar qəbul etmək qabiliyyəti Planlama və prioritetləşdirmə Auditoriya qarşısında çıxış qabiliyyəti Analiz etmə qabiliyyəti Strateji düşüncə qabiliyyəti Davranış kompetensiyaları: Nəticəyönümlülük Effektiv kommunikasiya bacarığı Sahibkarlıq ruhu Emosional intelekt Təşəbbüskarlıq Komandada işləmə Məsuliyyətlilik