“Təlim Koordinatoru” vakansiyasını açıq elan edirik.Vəzifə öhdəlikləri: Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək; Tədris materiallarının hazırlanmasında iştirak etmək; Təlim planının formalaşdırılması və icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək; Təlim fəaliyyətini koordinasiya etmək; Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları və digər əlaqəli tərəflərlə danışıq və yazışmalar aparmaq; Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək;  Təlim imkanları barədə məlumatlandırmanı həyata keçirmək; Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək; Departamentə daxil olan sənəd və müraciətləri araşdırmaq və cavab layihələri hazırlamaq; Vəzifə səlahiyyətləri çərçivəsində verilmiş digər tapşırıqları icra etmək.Tələb edilən bilik,bacarıq və təcrübə: Ali təhsil (idarəetmə, iqtisadiyyat və ya sosial-humanitar sahədə təhsil arzuolunandır); Azı 1,5 il iş təcrübəsi; Çeviklik; Təhlillər aparmaq, hesabat hazırlamaq bacarığı; İnnovativ və yaradıcı düşünmək; Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti; Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcək. CV-lərinizi "Təlim koordinatoru" başlığı ilə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
11 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan