Təlim Koordinatoru Vakansiyası:Təlimlərin effektiv koordinasiyası, tərəfdaş restoranlarla praktiki təlimlərin təşkili, təlimlərin gedişatına nəzarət və təlim sənədlərinin idarə olunmasından məsul olacaq təlim koordinatoru axtarırıq.Əsas vəzifələr və Məsuliyyətlər: Şirkətin müxtəlif bölmələri üçün təlim proqramlarının planlaşdırılması və koordinasiyası. Tərəfdaş restoranlar ilə əməkdaşlıq edərək praktiki təlim imkanlarının təşkili. Təlim sessiyalarının gedişatına nəzarət etmək, təlimin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi. Təlim materiallarının, qeydlərin və digər sənədlərin effektiv şəkildə idarə edilməsi və arxivləşdirilməsi. Təlimlərin qiymətləndirilməsi və geribildirimin toplanması, təlim proqramlarının yaxşılaşdırılması üçün tövsiyələrin hazırlanması.Tələb olunan bacarıqlar və Təcrübə: Təlim və inkişaf sahəsində ən azı 2 il iş təcrübəsi. Planlaşdırma və təşkilatçılıq bacarıqları. Güclü ünsiyyət və təqdimat bacarıqları. Tərəfdaş təşkilatlarla əməkdaşlıq qurma və idarə etmə bacarığı. Detallara diqqət və çoxvəzifəli iş mühitində işləmə qabiliyyəti. Kompyuter savadlılığı və MS Office proqramları üzrə biliklər (xüsusilə Word, Excel və PowerPoint).Biz nə təklif edirik: Maaş: 800 AZN NET AR qanunlarına uyğun rəsmiləşdirmə Dinamik və dəstəkləyici iş mühiti. Peşəkar inkişaf və öyrənmə imkanları. Şirkət daxilində karyera inkişaf perspektivləri.Müraciət Proseduru:Maraqlanan namizədlərin öz CV-lərini elektron-poçt ünvanına "Təlim Koordinatoru" mövzusu (başlığı) ilə göndərmələri mütləqdir. Əks halda CV-lər nəzərə alınmayacaq!Biz bərabər iş imkanları təmin edən şirkətik və bütün namizədləri cinsiyət, irq, milliyət, din, yaş və digər fərqliliklərə baxmayaraq dəyərləndiririk.

Maaş

800

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
11 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan