Təsvir: Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin layihələrinin təşkili və idarə edilməsinə yardımçı olmaq; Əməkdaşlara yönəlik PR layihələri ilə bağlı İnsan Resursları departamentinin Daxili kommunikasiyalar bölməsi ilə əlaqədə olmaq; PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi; PR layihələrinin büdcələndirilməsinə iştirak etmək; Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması; PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması; KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması; Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək; Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar, reklam, PR etmək bacarığı); Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak; Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.). İş barədə məlumat: İş qrafiki: I-V günlər, 09:00-18:00; Tələblər: Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür); İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür; Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli; Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti; Kommunikasiya və təqdimat bacarığı; Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı; Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!