VR Media Marketinq agentliyi televiziya reklamları və rəqəmsal marketinq sahəsində ixtisaslaşıb. Agentlik daxilində həmçinin saytların hazırlanmasını da həyata keçiririk. Yaxın aylar üçün sayt xidmətinə əlavə olaraq müştərilər üçün app hazırlanması xidmətini də təklif etməyi planlayırıq. Bunun üçün isə əvvəlcə bu istiqamətdə portfoliomuzun olmasına ehtiyac var. Bunu nəzərə alaraq Sabah.hub inkubasiya proqramında iştirak edən “DoVotes” adlı startap layihəmiz üçün flutter developer vakansiyası üzrə 3 aylıq təcrübə proqramı başladırıq. Proyektin UX&UI, Backend developerlərdən ibarət komandası var. Dizaynın 90%-dən çoxu tamamdır. Backend apiləri yazıb. Eyni zamanda middle mobil developer mentor olaraq onlayn dəstək verəcək. Tələblər: Flutter və Dart üzrə biliklər. SOLID prinsiplər Local və Remote service-lərlə işləyə bilmə State management (Bloc/Cubit, Provider və ya GetX) DI (get_it) Localization Responsive UI hazırlama bacarığı Git,Github Komanda ilə işləmək bacarığıİş şərtləri: İş qrafiki 11:00-18:00; I-V günlər; Təcrübə müddətində məbləğ: 150 azn CV-inizi [email protected] e-mail ünvanına “Təcrübəçi Flutter Developer” qeyd edərək göndərə və ya +994 50 242 06 89 (Wp) yaza bilərsiz.