Təqdim olunan sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq; Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirtmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək; Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtında çatdırmaqda ekspeditora kömək etmək və lazım olduqda bu işi təkbaşına icra