Vəzifənin funksiyaları: Şöbə əməkdaşlarının vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətlərini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir; Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir; Strateji idarəetmə üzrə metodoloji sənədləri formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir; Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesini, eləcə də, Mərkəzi Bankın icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq və hesabatlığı təşkil edir; Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində strateji təhlilləri həyata keçirir və strateji məqsədlərin müəyyən edilməsi prosesini idarə edir; Strateji məqsədlər üzrə hədəf göstəricilərinin, təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də, strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesini idarə edir; Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, monitorinq və hesabatlığını həyata keçirir; Strategiyanı nəzərdən keçirir və növbəti strateji dövr üçün hazırlıq prosesini idarə edir; Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı təkliflərin müzakirəsini həyata keçirir. Kompetensiyalar Davranış kompetensiyaları Analitik təhlil etmə; Araşdırma aparma; İnnovativlik və kreativlik; Komandada işləmə;. Məsuliyyətlilik; Strateji düşüncə; Stressə davamlılıq; Təkmilləşməyə meyllilik; Təşəbbüskarlıq; Ünsiyyətqurma; Vaxtın idarə edilməsi. Liderlik kompetensiyaları Dəyişikliklərin idarəedilməsi; İdarəetmə; Qərar qəbuletmə; Təşkilatçılıq və planlaşdırma. Texniki kompetensiyalar Strateji idarəetmə; Layihə idarəetməsi sahəsində biliklər; Makroiqtisadiyyat;. Maliyyə sektoru üzrə biliklər; Təqdimat və yazı bacarığı.Təcrübə Müvafiq sahə üzrə 5 ilTəhsil Ali təhsil (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə)Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)Kompüter bacarıqları MS Office proqramları (yüksək səviyyədə)Sertifikasiya Strateji idarə etmə üzrə beynəlxalq sertifikasiya arzu olunandır.Son müraciət tarixi: 18.11.2024 

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
3+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan