Strategiya ofisinin aparıcı \ baş mütəxəssisi (Core strategy \ Internal consulting)
at
ABB
Freelance
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
Qlobal və yerli bazarda yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
Ən azı 2 il iş təcrübəsi olan;
Konsultinq təcrübəsinə sahib olan;
Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
Yüksək təqdimat və ünsiyyət qabiliyyətinəsahib olan şəxsdir.