Strategiya ekspert mərkəzinin İnformasiya texnologiyaları üzrə aparıcı/baş mütəxəssisi
at
ABB
Freelance
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
İnformasiya texnologiyaları sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
Qlobal və yerli bazarda pərakəndə bankçılıq sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə (Xarici təhsil və ya beynəlxalq sertifikatklar arzuolunandır);
Rəqəmsal sahəsi üzrə ən azı 2 il iş təcrübəsinə;
Yaxşı səviyyədə MS Office proqram biliyinə;
Xarici dil biliyinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqlarına;
Yüksək təqdimat və ünsiyyət qabiliyyətinə;
Yüksək Kommunikasiya, vaxtın idarə edilməsi, komandada iş bacarıqlarına malik olan
Beynəlxalq sertifikatlara (İTİL, PMİ ACP və s.) və Xarici dil biliyi üzrə sertifikatlara (IELTS, TOEFL, Duolingo) (üstünlükdür) sahib olan şəxsdir.