Vakansiya haqqında məlumat “GL” ASC (Sizin Lombard) Çağrı Mərkəzi üçün Rəhbər (Manager) vəzifəsinə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: Çağrı Mərkəzinin gündəlik fəaliyyətinin effektiv və səmərəli idarə olunması; Müştəri xidmətləri strategiyasının hazırlanması və həyata keçirilməsi, müştəri məmnuniyyətinin davamlı artırılması; Çağrıların idarə olunması proseslərinin (daxil olan və çıxan zənglər, şikayətlərin cavablandırılması, sorğuların emalı və s.) təşkili və təkmilləşdirilməsi; Komandanın idarə olunması, işçilərin inkişafı, motivasiyası və performansının qiymətləndirilməsi; Əsas performans göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, izlənməsi və məqsədlərə nail olunmasına nəzarət; Müştəri müraciətlərinin və şikayətlərinin analizi, təhlil əsasında inkişaf planlarının hazırlanması; Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; Çağrı Mərkəzi proseslərinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi üçün təşəbbüslərin irəli sürülməsi; Digər struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi. Tələblər: ✔️ Müvafiq sahə üzrə azı 1-3 il rəhbər vəzifədə iş təcrübəsi (çağrı mərkəzi rəhbərliyi və ya müştəri xidməti idarəetməsi sahəsində təcrübə üstünlükdür); ✔️ Ali təhsil (biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat, menecment və ya digər uyğun ixtisaslar üzrə); ✔️ Güclü liderlik və komanda idarəetmə bacarığı; ✔️ Strateji düşüncə, qərarvermə və problem həll etmə bacarığı; ✔️ Yüksək kommunikasiya və təqdimat bacarıqları; ✔️ Müştəri yönümlü yanaşma və xidmət keyfiyyətinə xüsusi diqqət; ✔️ Analitik təhlil aparmaq və hesabatlar hazırlamaq bacarığı; ✔️ MS Office proqramları və çağrı mərkəzi proqram təminatları ilə işləmə bacarığı. Təklif etdiklərimiz: Rəqabətqabiliyyətli əmək haqqı; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Dinamik və dəstəkləyici iş mühiti. Maraqlanan namizədlər CV-lərini “Çağrı Mərkəzi Rəhbəri” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
8 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan