Əsas vəzifə öhdəlikləri:
• Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək, müştərinin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu onlara təqdim etmək;
• Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
• Mövcud müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsinə və sığorta təklifinin detalları, şərtləri barədə ətraflı təlimatlandırılmasına dəstək göstərilmək.
İş şərtləri
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş saatı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00
• İş yeri: Bakı
• Yaş: 22 - 35
• Cinsi: Bəy və Xanım
• Təhsil: Natamam Ali və Ali
• İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
• Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)
Bacarıqlar
• Təşəbbüskarlıq;
• Ünsiyyətqurmaq bacarığı;
• Fikirlərinin aydın izah edə bilmək;
• Çalışqanlıq;
• Dəqiqlik;
• Öhdəliklərinə məsuliyyətli olmaq;
• Yaranmış vəziyyətlərə çevik reaksiya vermə;
• Komandada işləmək
• Təklif olunan məhsulun satışını təmin etmə bacarıqları.
Biz sizə nə təklif edirik?
• Karyera və inkişaf üçün əla fürsətlər
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
• İşlə təmin olunma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv
• Satışlara əsasən artan gəlir