Şəbəkə Əməliyyatları üzrə (NOC) Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis
at
ABB
Freelance
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
• Production mühitində müxtəlif servislərin 24/7 rejimində monitorinqi və idarə olunması;
• Serverlər, şəbəkə infrastrukturu, tətbiqlər, məlumat bazaları və məlumat mərkəzlərinin monitorinqi və idarə olunması;
• İnfrastruktur və applikasiya problemlərinin aşkar edilməsi, 1-ci və 2-ci səviyyə dəstək funksiyalarının icrası;
• Problemlərin səbəb analizi və cloud/infrastruktur üzrə həll təkliflərinin verilməsi;
• Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və müvafiq problemləri prosedurlara uyğun şəkildə tez bir zamanda report etmək;
• Müxtəlif İT strukturları, rəhbərlik və üçüncü tərəflərlə kommunikasiyanın qurulması və koordinasiyası;
• Monitorinq sistemləri ilə skriptlər vasitəsilə avtomatlaşdırma və məlumatların toplanması.
Bizim üçün uyğun namizəd:
• Ali təhsil
• İngilis dili – Intermediate (B1) səviyyəsində biliklər;
• Monitorinq sistemləri üzrə təcrübə: *(Zabbix, Dynatrace, PRTG, SolarWinds, Riverbed (AppResponse), Grafana, Prometheus və s.);
• Şəbəkə avadanlıqları və proqram təminatı üzrə bilik və problem həll etmə bacarığı;
• Şəbəkə protokolları və konsepsiyaları üzrə biliklər (CCNA sertifikatı üstünlükdür);
• Windows və Linux server sistemləri üzrə ilkin biliklər;
• Backup (ehtiyat nüsxələrinin alınması) prosesləri haqqında anlayış;
• SQL üzrə biliklər arzuolunandır;
• Analitik düşüncə, problem həll etmə və ünsiyyət bacarıqları;
• Müxtəlif komandalarla effektiv ünsiyyət qurma və əməkdaşlıq bacarığı;
• İT sahəsində yenilikləri izləmək və daimi inkişaf etmək istəyi.