Tələblər: Yalnız kişi namizədlər; Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi); Yaş həddi: 22-35; Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır; Satış və marketinq sahəsində ən azı 2 illik təcrübə; Yaradıcı düşüncə və yeni ideyalar təklif etmə bacarığı; Loyallıq proqramları vasitəsi ilə satışın artırılması bacarığı; Araşdırma, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarığı; Məqsədyönlü, məsuliyyətli, düzgün və etibarlı olmaq. İş öhdəlikləri: Aksiyalar və təkliflərin hazırlanması: Satışları və müştəri sədaqətini artırmaq üçün loyallıq proqramları çərçivəsində aksiyaların yaradılması və həyata keçirilməsi. Aksiyaların monitorinqi: Mövcud aksiyaların effektivliyinin izlənməsi və təhlili, onların satışlara və müştəri fəallığına təsirinin qiymətləndirilməsi. Bazarın təhlili: Rəqiblərin təkliflərinin və bazar vəziyyətinin araşdırılması, cəlbedici layihələrin hazırlanması. Marketinq və Rəqəmsal Loyallıq şöbəsi ilə əməkdaşlıq: Aksiyaların təşviqi üçün müvafiq şöbələrə planlama və material təmin edilməsi. Tərəfdaşlarla iş: Birgə aksiyalar və təkliflər yaratmaq üçün loyallıq proqramı tərəfdaşları ilə əməkdaşlıq. Analitika və hesabatlılıq: Aksiyaların nəticələrinə dair hesabatların hazırlanması və təkliflərin verilməsi. İş şəraiti: Öyrədici və inkişafyönümlü iş mühiti; Əmək qanunvericiliyinə uyğun sənədləşmə; İş vaxtı: Həftədə 6 gün.