"Finans Academy" "Azərbaycan Professional Maliyyə Menecerlər Assosiyasiyası"-nın (APFM) akkreditasiya olunmuş tədris mərkəzidir və hal-hazırda “Satış üzrə təmsilçi” vakansiyasını elan edir!Satış üzrə təmsilçi Öhdəliklər: Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək; Sosial şəbəkələrdə potensial müştərilərin suallarını əsaslandırılmış formada cavablandırmaq; Şirkətin satış həcminin artırılmasına dəstək; Korporativ müştərilər ilə mütəmadi görüşlər keçirmək; Yüksək səviyyədə müştəri xidmətini təmin etmək; Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq; Satışın artırılması üçün tədbirlərdə iştirak etmək, şirkəti təmsil etmək. Tələblər: Minimum 1 il iş təcrübəsi; Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar; Effektiv ünsiyyət və güclü təqdimat bacarığı; Səlis nitq qabiliyyəti və xoş görünüş; İşgüzar etik qaydalara riayət; Fərdi və komanda şəklində işləmək bacarığı; Aktivlik, çeviklik və məsuliyyətlilik; Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilləri arzuolunandır; Microsoft Ofis proqramları biliyiİş günləri:Həftədə 5 gün9:00-18:00Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Satış üzrə təmsilçi” qeyd etməklə göndərmələri xahiş olunur.