Global Olympic Center "Satış təmsilçisi" vakansiyası üzrə elan edir.İŞ BARƏDƏ MƏLUMAT Praktiki satış danışıqlarının aparılması; Korporativ satış danışıqların aparılması; Müştərilərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar şəxslərə çatdırılması; Potensial müştərilər haqqında məlumatların toplanması və təqdim olunması; Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi. Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq İş qrafiki: I-V günlər saat 10:00-dan 17:00-dək İş yeri: Nərimanov rayonu, Faiq Yusifov, 22.NAMİZƏDƏ TƏLƏBLƏR Yalnız xanım namizədlər Ali təhsil arzuolunandır Satış meneceri üzrə minimum 1 il iş təcrübəsi (təhsil mərkəzləri); Dil bilikləri: Azərbaycan dili - səlist, Rus dili - üstünlük ; MS Office, Google gsuite proqramlarında işləmək bacarığı; Səliqəli xarici görünüş, müştərilərlə və kollektivlə xoş ünsiyyət qurmaq bacarığı (yazılı və şifahi); Özünü qəbul etdirmək bacarığı; Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək bacarığı; Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı; Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı; Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll edilməsi bacarığı; Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları; Komandada işləmək və detallara diqqət etmək bacarığı; Məsuliyyətlilik; Təşəbbüskarlıq.Namizədlərdən cv-lərini [email protected] ünvanına “Satış təmsilçisi” başlığı altında göndərməyi xahiş olunur. Nəzərə çatdıraq ki, başlıqsız maillər diqqətdən yayına bilər.Əlavə olaraq fotosuz CV-lər nəzərdən keçirilməyə bilər.