Telefon və planşetlər üçün ehtiyat hissələri və aksesuarların satışını həyata keçirən iFix şirkətinə "Satış mütəxəssisi/təmsilçisi" vəzifəsi üzrə namizədlər tələb olunur. Vəzifə funksiyaları: Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsulların keyfiyyəti və digər xüsusiyyətləri barədə ətraflı məlumatın verilməsiMağaza daxili satışın həyata keçirilməsi;Müştərilərin istəkləri ilə maraqlanıb, ona uyğun məhsulun təqdim olunması;Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək Namizədə tələblər:Satış sahəsində təcrübənin olması;Telefon ehtiyat hissələri və aksesuarlar sahəsində təcrübə arzuolunandır;Məsuliyyətli, çevik, ünsiyyətcil, satış qabiliyyətli, kollektivdə işləmə bacarığı;Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır; Digər məlumatlar:AR ƏM-nə əsasən rəsmiləşdirmə;Əmək haqqı: 400-1200 AZN + bonusİş rejimi: həftənin 6 günü, saat 10:00-20:00;Satış sahəsində nailiyyətlərə görə əlavə bonus və mükafatlar;Karyera yüksəlişi imkanı;Şirkət daxili inkişaf imkanlarıVakansiya ilə bağlı müraciət etmək istəyən namizdələr CV-ni [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.