“Smile Tour” MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir.Uğurlu karyeranıza turizm sahəsində bizimlə addımlayın! Bununla həm dil biliklərinizi, həm də vaxtınızı əylənərək və səmərəli keçirməyi təklif edirik ! İş barədə məlumat: Xarici qonaqlara ölkə daxili turlar üzrə məlumatların təqdim edilməsi; Müxtəlif istiqamətlər üzrə fərdi və qrup tur paketlərin təklif edilməsi; Turlar haqqında sualların ətraflı şəkildə cavablandırılması; Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi. Namizədə aid tələblər: Dil biliklərinin olması mütləqdir (ingilis və rus/və ya tək rus ) Yaş həddi: 18-50 Ünsiyyət qurmaq bacarığı; Satış bacarığı; Kollektivlə işləmək bacarığı, məsuliyyətli və operativlik. İş şərtləri: Həftədə 1 gün istirahət Əmək haqqı : 400 azn fix + satışlardan əldə olunan bonus % Həm part-time, həm də full time işləmək imkanı (tələbələr üçün də uyğundur) Əmək müqaviləsi bağlanılır. İş öyrədilir,təcrübə tələb olunmur. İş yeri ofis xaricindədir. (İçərişəhər ərazisində) Qeyd edilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Promoter (satış təmsilçisi) " yazaraq göndərmələri xahiş olunur.
Daha çox Turizm və mehmanxana işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!