Bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zənglər etmək; Mesajlara cavab vermək Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək; Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq; Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması. Nömrə bazası çox olmadığı üçün kursa gələn tələbələrin qeydiyyatını aparıb onlarla əlaqədə olmaq. (ofis meneceri) İş saatı: Həftə içi 5 gün Saat: 12:00-21:00. Şənbə günü 11:00-15:00 1 saat Nahar fasiləsi verilir. Bazar istirahət günü. Əmək haqqından əlavə satış və iş performansından asılı olaraq bonus verilir. Kiçik qeyd: Sentyabrdan sonra əlavə yarımştat ofis menecerləri işə başlayacaq deyə həmin vaxtdan sora iş saatı 11:00dan 19:00a qeder olacaq Namizəddən gözlədiyimiz tələblər: 20-27 yaş aralığında məsuliyyətli xanım namizədlər; Bu sahədə ən az 1 il təcrübə (2-3 arzuolunandır) Əla səviyyədə azərbaycan dili; Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq; Ünsiyyət və inandırma bacarığının olması; Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;Arzuolunandır: Dizayn sahəsi üzrə məlumatlı olmaq Kurs təcrübəsi Satış təlimlərindən alınan sertifikat Əlavə dil biliyiCV-ni göstərilən emailə göndərin. Yalnız uyğun namizədlər intervyu üçün görüşə dəvət olunacaq.