"İnvest Home" şirkətinə satış menecerləri tələb olunur. Şirkətimizlə əməkdaşlıq edən və etmək istəyən müştərilərimizə yüksək xidmət göstəririk. Onların istəklərinə uyğun məlumatı tapmaq, təklif etmək və satmaq bizim işimizin əsas məqsədidir. Bundan əlavə şirkətin elektron məlumat bazası və digər mənbələr vasitəsilə yeni müştərilər əldə edilir Əldə olunan əmlak məlumatlarının çəkilişi, reklam xarakterli tədbirlərinin görülməsi və müştəri auditoriyasına təqdim etmək - Müştərilərə uyğun əmlakı tapmaq, təklif etmək, yerində əmlaka baxış keçirmək, əmlakın satışı (icarəsi) üçün lazımı danışıqların aparılması, sənədlərinin yoxlanılması və satışını (icarəsini) həyata keçirilməsi iş prosesinin əsas hissəsini təşkil edir. 7-10 gün müddətində sınaq müddəti keçirilir və iş prosesi öyrədilir. İş vaxtı: Həftənin 6 günü, saat 10:00-dan 19:00-dək, 13:00-14:00 nahar fasiləsi Əmək haqqı: Faiz sistemidir. Görülən işin 50 faizi ilə işlənilir.Vakansiyamıza müraciət edən xanımlar və cənablar Yaş həddi: 18 yaşdan yuxarı özünə əmlak sahəsində nailiyyət əldə edə biləcəyini düşünən şəxslər Kompüterlə sərbəst işləmə bacarığı Yüksək təqdimat bacarığı Müştərilərlə yüksək ünsiyyət qabiliyyəti Kollektivlə işləmə bacarığı İşində dəqiq və məsuliyyətli olmalı Satış sahəsində bacarıqlı olmalıdır Xarici dil ingilis və ya rus dili biliyinin olması respublikamızda yaşayan xarici vətəndaşlara xidmət üçün arzu olunandır. Daşınmaz əmlak sahəsində məlumatının olması arzuolunandır Bakı şəhərinin hər hansısa bir ərazisini yüksək səviyədə tanımalıdır.
Ünvan : Xətai rayonu (Xətai metrosunun yaxınlığında Rusel plaza) Babək pr 10b.
Vakansiyaya uyğun şəxslər əlaqə nömrəsinə və ya qeyd olunan mail ünvanına ([email protected]) özü haqqında məlumatları (CV foto şəkilli formada) göndərə bilərlər.