İş barədə məlumat: Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi; Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi; Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması; Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək; Təyin olunmuş aksiaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak. Namizədə tələblər: Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək); Dil bilikləri: Azərbaycan dili və rus dili – əla, ingilis dili –yaxşı səviyyədə bilməli; Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür); Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq; Komandada işləmə bacarığı; Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli; Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti. İş şəraiti: Növbəli qrafik: (6/1), 10.00-19.00 и 13.00-21.00/22.00; Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + satışdan %, Karyera inkişafı imkanı; Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.Müraciət üçün CV-nizi [email protected] elektron ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Satıсı-məsləhətçi» qeyd etməyiniz xahiş olunur