“AĞ KƏND TT” MMC genişmiqyaslı layihələr həyata keçirən, peşəkar komanda və innovativ yanaşmaları ilə bazarda aparıcı mövqe tutan təmir və tikinti şirkətidir. Hazırda komandamıza peşəkar mühəndisləri əməkdaşlıq etməyə dəvət edirik:
Ümumi tələblər:
Ali təhsil (mühəndislik ixtisası üzrə);
Yaş: 22-50;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
İnşaat sahəsində beynəlxalq standartlarla işləmə bacarığı;
MS Office proqramları, AutoCAD və digər mühəndislik proqramlarında işləmə bacarığı;
Komandada işləmə, məsuliyyətlilik və nəticəyönümlü yanaşma.
Vəzifə öhdəlikləri:
Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik, briqadanın işinin təşkili və idarə edilməsi;
Layihədə tikinti-quraşdırma işlərini, işçi çertyojlarının və ümumi işlərin aparılmasının normativ sənədlərə uyğunluğunun monitorinqi;
Sahəyə təqdim edilmiş işçi cizgilərin sahəyə uyğunlaşdırılması;
Layihə üzrə tələb olunan sənədlərin hazırlanması;
Təmiri başa çatmış obyektlərin sifarişçiyə təhvil verilməsində iştirak;
Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
İşləyən işçi briqadaları təyinatı üzrə yönləndirmək və onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək;
İcra zamanı yaranan texniki məsələlərin həlli.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sahə Mühəndisi" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.