Vəzifə öhdəlikləri: Qonaqların / müştərilərin qarşılanması; Salon xidmətləri üzrə qeydiyyatın aparılması; Ödənişlərin qəbul olunması; Loyallıq layihələri üzrə kampaniyaların yerində idarə olunması; Günlük, həftəlik və aylıq statistika, həmçinin maliyyə hesabatlarının təqdim olunması; Müştəri bazasının yenilənməsi, ehtiyac olduğu təqdirdə salon daxilində müştərilər arasında sorğunun keçirilməsi; Telefon və Whatsapp vasitəsilə daxil olan müraciətlərin cavablandırılması; Təmin olunmuş materiallar əsasında Whatsapp’da reklam xarakterli hekayələrin paylaşılması, dövri olaraq müştərilərə elan və ya reklam xarakterli məlumatların göndərilməsi; Digər əməkdaşlar tərəfindən təqdim olunmuş salon ehtiyaclarının siyahılaşdırılması və müvafiq şöbəyə yönləndirilməsi; Məsuliyyətində olduğu texnika və avadanlıqların iş prinsipinə nəzarət etmək; Digər müraciətlərin qəbul olunması və müvafiq şöbələrə yönləndirilməsi.Tələblər: 1C ilə orta səviyyədə işləmək bacarığı; Maliyyə və hesabatlılıq üzrə biliklər; Azərbaycan, rus dilli bilikləri (ingilis dili üstünlükdür) ; 25-35 yaş arası namizəd; Daha öncə ən azı 1 il xidmət sahəsi (əsasən də salon, uşaq əyləncə mərkəzi) üzrə iş təcrübəsi; Komanda ilə işləmək bacarığı; Punktual, vaxtı-vaxtında işə gəlib-getmək və tapşırıqları müəyyən edilmiş son tarixə qədər icra etmək; Kriz vəziyyətlərinin idarə olunması bacarığı.
Daha çox SPA və gözəllik vakansiyaları isbu.az-da - Axtardığın işbu!