Gələn zənglərin cavablandırılması, müvafiq şöbə və ya əməkdaşa yönləndirilməsi, həmçinin telefon vasitəsilə sifarişlərin qəbul olunması və qeydiyyatının aparılması;
Ofisə müraciət edən müştəri və qonaqların qarşılanması, onlara nəzakətli və peşəkar xidmətin göstərilməsi;
Qonaqların gəlişi barədə əlaqədar şəxslərin vaxtında məlumatlandırılması, eyni zamanda hər hansı gecikmə və ya problem yarandıqda qonaqlara operativ şəkildə məlumat verilməsi;
Showroom direktoruna inzibati dəstək göstərilməsi: sənədlərin hazırlanması, müqavilə və hesabat cədvəllərinin işlənməsi və arxivləşdirilməsi;
Showroom üzrə gündəlik müştəri fiksasiya hesabatının hazırlanması və aidiyyəti struktur bölmələrinə təqdim olunması;
Məsuliyyət daşıdığı sahələr üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Birbaşa rəhbərin tapşırıqları əsasında əlavə inzibati və təşkilati işlərin yerinə yetirilməsi.*
Xoş xarici görkəm :
Azərbaycan , rus dillərini mükəmməl səviyyədə bilmək, ingilis dili ustunlukdur.