Vakansiya: Receptionist (Qeydiyyatçı Xanım)
Zümrüd İdman Mərkəzi – Qadınlar və Uşaqlar Üçün İdman Bölməsi
Zümrüd İdman Mərkəzinə gülərüz, məsuliyyətli və nizam-intizamlı qeydiyyatçı xanım tələb olunur. Əgər siz də sağlam həyat tərzini sevən və ünsiyyətcil birisinizsə, komandamıza qoşulmağa dəvət edirik!
Tələblər:
Xanım namizədlər
Yaş həddi: 20–30
Ali və ya orta ixtisas təhsili
Səlis azərbaycan və rus dili
MS Office proqramlarında işləmə bacarığı
Yaxşı ünsiyyət və müştəri ilə işləmə bacarığı
Məsuliyyətli və nizam-intizamlı olmaq
Gülərüz və enerjili davranış
Peşəkar yazı qabiliyyəti
Əmək haqqı: ilkin olaraq 600 AZN ( təcrübəyə əsasən artan əmək haqqı)
Vəzifələr:
Gələn qonaqları qarşılayıb məlumatlandırmaq
Qeydiyyat və abunəlik proseslərini icra etmək
Telefon zənglərini cavablandırmaq və yönləndirmək
Gündəlik sənədləşmə işlərini aparmaq
Mərkəzin qayda və prosedurlarına uyğun xidmət göstərmək
İş qrafiki:
Tam iş günü (dəqiq saatlar müsahibə zamanı bildiriləcək)
Həftə ərzində 1 istirahət günü
İş saatı: 12:00/10:00
CV-lərinizin mövzu hissəsində )“Receptionist" yazaraq [email protected] electron ünvanına göndərə bilərsiz