Berlin Academy axşam saatlarında fəaliyyət göstərən dərslər üçün part-time resepsiyon vəzifəsinə yalnız xanım namizəd axtarır.
Əsas vəzifələr:
• Akademiyaya gələn tələbələrin qarşılanması və yönləndirilməsi.
• Tələbələrə dərs qrafiki və digər məlumatların təqdim olunması.
• Ortamın nəzarətdə saxlanması və nizam-intizamın qorunması.
• Gələn zəng və mesajların cavablandırılması.
• Zəruri hallarda məlumatların qeydiyyata alınması və ötürülməsi.
Namizədə tələblər:
• Səliqəli və baxımlı xarici görünüş
• Ali təhsil (bakalavr və ya üzərində)
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
• İngilis və rus dillərini bilməsi üstünlükdür
• Ünsiyyətcil, stresə davamlı, məsuliyyətli və dözümlü
• Müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür
İş yeri: Berlin Academy, Xətai metrosu yaxınlığı, Babək Plaza, A blok, 1-ci mərtəbə
İş qrafiki: Həftə içi: 18:00 – 22:00 (Part-time)
Əmək haqqı: 250 – 300 AZN
Müraciət üçün: [email protected]