“Rabitəbank” ASC Şəmkir, Kürdəmir, Lənkəran, Masallı, Ağsu, Şirvan, Şamaxı, Qusar və Naxçıvan filialları üzrə Universal işçi
at
Rabitabank OJSC
Part Time
“Rabitəbank” ASC Şəmkir, Kürdəmir, Lənkəran, Masallı, Ağsu, Şirvan, Şamaxı, Qusar və Naxçıvan filialları üzrə Universal işçi vəzifəsinə işə qəbul elan edir. Vəzifə öhdəlikləri: ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək; Bank məhsulu və xidmət satışını həyata keçirtmək; Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək; Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək; İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək; Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək. Tələblər: Ali təhsil (iqtisadi olması arzuolunandır); Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi; Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır); Analitik düşünmə qabiliyyəti; Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı; MS Office proqramlarından sərbəst istifadə bacarığı; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.