Qiymətləndirmə və portfel analizi şöbəsinin baş mütəxəssisi
at
PASHA Life
Part Time
Anderraytinq və qiymətləndirmə departamenti/Qiymətləndirmə və portfel analizi şöbəsiSon müraciət tarixi: 03 noyabr 2024-cü il Vəzifə Öhdəlikləri: Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması; Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması; Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək; Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq; Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması; Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması; Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək; Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət; Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi; Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət; Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması; Rəhbərlikdən gələn tapşırıqlara əsasən xüsusi təhlillərin və hesablamaların aparılması; Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması; Sığorta məhsullarının satışı üzrə mükafatlandırma metodologiyası üçün hesablamaların aparılması; Aşkarlanmış audit faktlarının tədbirlər planının icra edilməsi; Şirkət daxilində zərurət olduqda əməkdaşların məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərin keçirilməsi; Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq Namizədə olan tələblər: İş təcrübəsi: Aktual sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri ixtisaslar üzrə bakalavr dərəcəsi Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması; Aktuar lisenziyasının olması; Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi; SQL, R və Python proqramlaşdırma biliklərin olması; MS Excel-VBA (makros yazmaq) biliklərin olması Kompüter bilikləri: MS Excel:əla , MSSQL(T-SQL):orta , MS Office:əla Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə. İmtiyazlar Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortasıYalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.