“Azər-Türk Bank” ASC Risk Menecmenti Departamentinin Qiymətləndirici-Mütəxəssisi vakansiyasını elan edir.Vəzifə öhdəlikləri:• Qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün görüşlərin təşkili, tələb olunduqda qiymətləndirilən əmlaka baxışın keçirilməsi, əmlakın fotoşəkillərinin çəkilməsi, müvafiq məlumatların qeydə alınması;• Bankın qiymətləndirmə formasının doldurulması, müvafiq hesabatın hazırlanması;• Əmlakların mövcud qiymətinin, əmlak qiymətlərində tendensiyanın müəyyən edilməsi üçün bazar araşdırması aparılması;• Öhdəliklərin yerinə yetirilməsi zamanı əldə olunacaq kommersiya sirrini təşkil edən məlumatların məxfiliyinin təmin edilməsi;• Daşınar və daşınmaz əmlakların, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və digər əmlakların qiymətləndirilməsi;Namizədə tələblər:• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);• Qiymətləndirmə sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalı;• Qiymətləndiricilər Palatasının üzvü olmalı, qiymətləndirmə fəaliyyəti sahəsində peşəkarlıq səviyyəsini əks etdirən müvafiq sertifikatlara sahib olmalı;• Qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququ olmalı;• Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliyə, daşınmaz əmlak bazarının konyunkturası və onun xüsusiyyətlərinə, girov əmlakının monitorinqi proseslərinə, onun məqsəd və vəzifələrinə, qiymətləndirmə fəaliyyətinin milli və beynəlxalq standartlarına bələd olmalı;• Səlis Azərbaycan dili (İngilis və Rus dili arzuolunandır);• Kompüter və internet resurslarda işləmək bacarığı olmalı;• Komandada işləmək qabiliyyətinə malik olmalı;• Risk intuisiyası olmalı;• Hesabatlılıq qabiliyyəti olmalı;• Analiz və riyazi hesablama aparmaq qabiliyyətinə malik olmalı;• Gərgin əmək şəraitində işləmək qabiliyyətinə sahib olmalı;• İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı olmalı;• Məsuliyyətli, peşəkar və enerjili olmalı;• Regionlara ezamiyyətlərə hazır olmalı;Müraciət linki: https://jobs.glorri.com/companies/atb/job/atb-risk-menecmenti-departamentinin-qiymtlndirici-mtxssisi

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan