Öhdəliklər: Şirkətin satış həcminin artırılmasına dəstək olmaq; Məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirmək; Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq; Satış nöqtəsində məhsulların rəf düzülüşünə, qiymət kağızlarına, palet və stendlərə nəzarət etmək; Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını təmin etmək; Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək; Baş verən fors major hadisələr barədə rəhbər şəxsi məlumatlandırmaq.